“Azərişıq” cənubda yeniliklər edib

azerisiq-cenubda-yenilikler-edib
Oxunma sayı: 2555

“Azərişıq” ASC tərəfindən Cənub regionunda aparılan yenidənqurma işləri davam etdirirlir. 

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, istismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin 9 ayı ərzində əsaslı işlər görülüb. 

Rayonun bir çox kəndlərində, eləcə də rayon mərkəzindən İranla sərhəd istiqamətində 35 kilometr məsafədə yerləşən Zuvand adlanan ərazidə təmir-bərpa və yenidənqurma işləri həyata keçirilib. 
“Cənub” RETSİ-nə daxil olan Lerik EŞ bu ilin 9 ayı ərzində 110 kv-luq hava xəttində 136 ədəd yararsız ağac dirəkləri dəmir dayaqlarla əvəz edib. 

Rayonun Şingədulan, Camaşair, Böyük Orand və Kəlvəz kəndlərində elektrik enerjisinin ötürülməsində bütün problemlər tamamilə aradan qaldırlıb, dayanıqlı və etibarlı enerji təchizatı üçün bu kəndlərdə 12 min metr SİP kabelləşmə aparılıb, 400-ə qədər yeni dəmir dayaqlar basdırılıb. 

 “Cənub” RETSİ-nə daxil olan Yardımlı rayonunda da bu ilin 9 ayı ərzində elektrik enerjisinin ötürülməsində əhmiyyətli dəyişikliyə nail olunub.  

Abonentlərin  etibarlı və dayanıqlı elektrik enerjisi ilə təminatı üçün “Azərişıq”ASC tərəfindən Yardımlı rayonu ərazisində 70 ədəd 10 kv-luq metal dayaq, 828 ədəd 0.4 kv-luq metal dayaq basdırılıb, 38 220 metr məsafədə kabelləşmə işi aparılıb.