“Azərişıq” da gücləndirilmiş iş rejiminə keçir

azerisiq-da-guclendirilmis-is-rejimine-kecir
Oxunma sayı: 1736

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq “Azərişıq” ASC əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaqlar.

"Qafqazinfo" xəbər verir ki, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən müvafiq əmr imzalanıb. Əmrə əsasən məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində  zəruri olan mal-materialların, ehtiyatı yaradılıb, maşın-mexanizmlər hazırlığı görülüb. 199-Çağrı Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.