“Azərişıq” Daşkəsəndə yenidənqurma işləri aparır

azerisiq-daskesende-yenidenqurma-isleri-aparir
Oxunma sayı: 644

Daşkəsən rayonunun  fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasında "Azərişıq" ASC "Qərb" RETSİ-nin Daşkəsən Elektrik Şəbəkəsinin xidmət ərazisində olan rayon mərkəzi, qəsəbə və kəndlərdə olan Elektrik Verilişi Xətlərində və Yarımstansiyalarda 2017- ci il üçün nəzərdə tutulmuş tikinti-quraşdırma, yenidənqurma, əsaslı və cari təmir işlərinin bir qısmi I rüb ərzində həm Şəbəkə, həm də podratçı təşkilatlar tərəfindən yerinə yetirilib.  

“Azərişıq”ın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, 3 ay ərzində 2.0  km  6 kV-luq və 1.2  km 0.4  kV-luq Elektrik Veriliş Xətlərində təmir-bərpa və cari təmir işləri aparılıb, 7 ədəd 6 kV-luq, 28 ədəd 0.4  kV- luq  çürümüş, istismara yararsız ağac dayaq yeni metal boru dayaqla dəyişdirilib, 1810 m zədələnərək yararsız hala düşmüş müxtəlif markalı aluminum naqil yenisi ilə əvəz edilib. Bütün istismarda olan xətlərdə qabarit pozulmasının aradan qaldırılması və qarşısının alınması məqsədi ilə 29 ədəd əyilmiş dayaqlar düzəldilib, təbii fəlakət zamanı yıxılmış 12 ədəd dayaq yerində bərpa olunub, 7 ədəd sel tutarında və sürüşmə  ehtimalı olan ərazidəki ağac dayağın yeri dəyişdirilib və 2.1 km hava xəttində sallanmış naqillər tarımlanıb, 44 ədəd sınmış izolyator dəyişdirilib. 
            
Birinci rüb ərzində istifadə olunan elektrik enerjisinin uçotunun dəqiqləşdirilməsi üçün 73 ədəd balans sayğacı quraşdırılıb.

2017 -  ci ildə nəzərdə tutulan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilıməsi davam edir.