“Azərişıq” hava ilə əlaqədar gücləndirilmiş rejimə keçdi

“Azərişıq” hava ilə əlaqədar gücləndirilmiş rejimə keçdi
Oxunma sayı: 1462

Mərkəzi Aran regionunda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar mayın 24-i axşam saatlarında baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC-də qabaqlayıcı və zəruri tədbirlər görülür.

"Qafqazinfo" xəbər verir ki, bu barədə  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. 

Onun sözlərinə görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə Goranboy, Tərtər və Bərdə rayonlarında regional enerji təchizatı idarələri, şəhər-rayon elektrik şəbəkələri üzrə təsis edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib, “Azərişıq” tərəfindən qabaqlayıcı tədbirlər görülür.

“Texniki Departamente tabe olan xidmət sahələrində və avtonəqliyyat idarəsində növbətçilik təşkil edilərək zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır. Güclü küləyin təsiri nəticəsində fərdi qaydada belə hər hansı problemlər yaranarsa, istehlakçılardan 199 Çağrı Mərkəzinə zəng etmələri xahiş olunur", - deyə qurum rəsmisi qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi