“Azərişıq” işçi axtarır

azerisiq-isci-axtarir
Oxunma sayı: 3220

“Azərişıq” ASC Sabirabad Elektrik Şəbəkəsində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir.

ASC-dən “Qafqazinfo”ya verilən məlumata görə, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.

İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək.
 
Sənədlər 2018-ci il mart ayının 27-28 tarixlərində Sabirabad şəhəri, Muğan prospektində yerləşən Şabirabad Elektrik Şəbəkəsinin inzibati binası və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq.
 
Tələb olunan sənədlər:

Fotoşəkilli anket forması (CV);

Şəxsiyyəti təsdiq edən sənədin surəti;

Təhsil haqqında sənədin surəti.

Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32; 26 - 04) ; (+994 2123) 5-52-06
E-mail: [email protected]