“Azərişıq” KİV nümayəndələri üçün infotur təşkil edəcək

“Azərişıq” KİV nümayəndələri üçün infotur təşkil edəcək
Oxunma sayı: 250

20 oktyabr – “Energetiklər Günü” münasibəti ilə “Azərişıq” ASC ölkəmizdə fəaliyyət göstərən KİV nümayəndələri üçün infotur təşkil etməyi planlaşdırır. Məqsəd regionların elektrik enerjisi təchizatında görülən işlər,  yeni inşa olunan yarımstansiyalar, xətlər və ümumilikdə şəbəkələrin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanışlıqdan ibarətdir.

"Qafqazinfo" xəbər verir ki, oktyabrın 13-14 tarixlərində gerçəkləşdiriləcək ilk turun proqramına Şimal-Qərb və Aran bölgəsinə səfər nəzərdə tutulur.

İnfoturda iştirak etmək istəyən media nümayəndələrinin öz ad, soyadlarını, əlaqə vasitələrini və təmsil etdikləri qurumun adını [email protected]ünvanına göndərməyini xahiş edirik.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si ölkəmizdə “Energetiklər Günü” kimi qeyd edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi