“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil etdi

azerisiq-sagirdler-ucun-ekskursiya-teskil-etdi
Oxunma sayı: 956

“Azərişıq” ASC – nin balansında olan “Yeni Yaşma” KEP - də Avropa liseyinin 7 – ci sinif şagirdləri üçün tanışlıq ekskursiyası təşkil edilib.

“Qafqazinfo”ya bu barədə məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev verib.

O bildirib ki, 14 iyun tarixində təşkil olunan ekskursiyaya gələn şagirdlər ilk öncə Yeni Yaşma KEP ərazisində Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə ilkin təlimat keçib. Ardınca şagirdlərə tanışlıq videoçarx nümayiş etdirilib, Yeni Yaşma KEP – in tarixi barədə məlumat verilib.

“Azərişıq ASC”nin qısa zamanda gördüyü işlərlə tanış olan şagirdlər, ərazinin abadlaşdırılması, zeytun və badam bağlarının salınması haqda da məlumat əldə ediblər. Onlar turbinlərin iş prinsipi, effektivliyi və digər texniki məlumatlar əldə ediblər.

Daha sonra şagirdlərə K.E.E.Q. Test Xidmətinin istifadə etdiyi müxtəlif alət və avadanlıqlar, fərdi mühafizə vasitələrinə (FMV) dair geniş məlumat verilib. Onların istifadə zərurəti izah edilib, istifadə qaydaları praktiki olaraq şagirdlərin üzərində göstərilib.

Şagirdlərin geniş məlumat əldə etdiyi ekskursiyanın sonunda birlikdə xatirə şəkli çəkilib.