“Azərişıq” Salyanda işə qəbul müsabiqəsi keçirdi

azerisiq-salyanda-ise-qebul-musabiqesi-kecirdi
Oxunma sayı: 1031

“Azərişıq”ASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu ilə bağlı bu gün Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının binasında tədbir keçirib.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Azərişıq” ASC-nin  İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzovun başçılığı ilə keçirilən tədbirfə İşə Qəbul Komissiyası qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin Səhmdar Cəmiyyətdə işə götürülməsi üçün müsabiqə təşkil ediblər. Müsabiqə əsasən gənclərdən ibarət kadrlarla aparılıb. 

Qeyd edək ki, bu cür imtahanlar İşə Qəbul Komissiyası tərəfindən yazılı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər “Azərişıq” ASC-nin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.