“Azərişıq” seçki ilə bağlı toplantı keçirdi

azerisiq-secki-ile-bagli-toplanti-kecirdi
Oxunma sayı: 1041

Aprel ayının 11-də baş tutacaq prezident seçkiləri ilə bağlı “Azərişıq” ASC-də toplantı keçirilib.

Qurumdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib ki, qarşıdan məsuliyyətli mərhələ gəlir və seçki dövrünü uğurla başa vurmaq üçün “Seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına yönələn tədbirlər haqqında” 19.02.2018-ci il tarixli əmr imzalanıb. “Bütün seçki dairələrinin və seçki məntəqələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin olunması üçün müvafiq göstərişlər verilib”. 

Cəmiyyətin sədri seçki günü seçki dairələrinin və ərazi seçki məntəqələrinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatı ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməsi üçün müvafiq tapşırıqlarını verib.

İclasda seçkiyə hazırlıq və seçkilər günü seçki dairələrinin və seçki məntəqələrinin elektrik enerjisi  təchizatı ilə bağlı yarana biləcək hər hansı bir problemin operativ aradan qaldırılması üçün məsul şəxslər təyin olunub.