“Azərişıq”da işləmək istəyirsiniz?

“Azərişıq”da işləmək istəyirsiniz?
Oxunma sayı: 2050

“Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala, Səlyan və Kürdəmir  Elektrik Şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə  nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. 

“Qafqazinfo” xəbər verir ki, nəzarətçi-mühəndislər  elektroenergetika və digət texniki  ixtisaslar  üzrə ali təhsilli olmalıdır.
 
İşə qəbul   Səhmdar Cəmiyyətin  “İşə Qəbul Komissiya”sı tərəfindən  test və müsahibə  yolu ilə həyata keçiriləcək. Sənədlər  2018-ci il aprel  ayının 20 tarixinə kimi   İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi,  Zərdab, Neftçala və Səlyan Elektrik Şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin  Kadrlar İdarəsində qəbul olunacaq.

Tələb olunan sənədlər:

•        Fotoşəkilli anket forması (CV);
•        Şəxsiyyəti təsdiq edən sənədin surəti;
•        Təhsil haqqında sənədin surəti.
 
Əlaqə telefonları: (+99412) 440 39 93 (daxili – 22-32)
E-mail: [email protected]
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi