“Azərkosmos” nazirliyi məhkəməyə verdi

azerkosmos-nazirliyi-mehkemeye-verdi
Oxunma sayı: 653

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti Vergilər Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Azərkosmos” 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək nazirliyin Milli Gəlirlər Departamentinin onlar haqda tərtib etdiyi akt və qərarın ləğv edilməsini istəyib.

Məhkəmə ASC-nin iddiasını rədd etsə də, qurum qərardan apellyasiya şikayəti verib.

İş icraata götürülüb və proses bu gün, yəni mayın 22-də Bakı Apellyasiyası Məhkəməsinin hakimi Vidadi Məmmədovun sədrliyi ilə davam etdiriləcək.

Murad Əhməd