“Azərmarka”dan Cümhuriyyətin 100 illiyinə müsabiqə

“Azərmarka”dan Cümhuriyyətin 100 illiyinə müsabiqə
Oxunma sayı: 943

26 mart tarixindən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  “Azərmarka” MMC tərəfindən 5-14 yaşlı uşaqlar üçün Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illik yubileyinə  həsr edilən  rəsm müsabiqəsinə start veriləcək.

"Qafqazinfo" xəbər verir ki, “Yaşa, Azərbaycanım!” adı altında müsabiqənin  keçirilməsində  başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqədə iştirak üçün çəkilmiş rəsmi poçt ünvanı, iştirakçının soyadı, adı, yaşı, valideynin mobil telefon nömrəsi, “Aksiya. Yaşa, Azərbaycanım!” qeyd edilməklə poçt vasitəsi ilə  müsabiqənin Təşkilat komitəsinə  (Ünvan: Bakı şəhəri, Droqal döngəsi, 702. “Azərmarka” MMC) göndərmək lazımdır.

Rəsmlərin qəbulu üçün son tarix 26 apreldir.

Qeyd olunan müddətdən sonra göndərilən rəsmlərə və müsabiqənin mövzusuna uyğun olmayan işlərə baxılmayacaq.

Aprelin 26-dan mayın 1-dək  münsiflər tərəfindən ümumilikdə  10 ən yaxşı rəsm müəyyənləşdiriləcək.

İlk 3 qalib - 1-ci yer – 300 manat, 2-ci yer - 200 manat, 3-cü yer - 100 manat olmaqla pul mükafatına layiq görüləcək. Digər 7 qalib qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Ən uğurlu rəsm nümunəsi “Azərmarka” tərəfindən hazırlanan təbrik açıqcasının dizaynı kimi seçiləcək.

Bundan başqa, 10 uğurlu rəsm mayın 28-də İçərişəhərdə keçiriləcək Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyinə həsr edilən sərgidə nümayiş olunacaq.

Müsabiqə ilə bağlı əlavə məlumat üçün  (012) 598 49 01 saylı telefon nömrəsi və [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi