“Azərpoçt” borcunun silinməsini tələb edir

azerpoct-borcunun-silinmesini-teleb-edir
Oxunma sayı: 643

"Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti sudan istifadəyə görə quruma yazılan qəbzin ləğv edilməsi və borcun silinməsini tələb edir.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldırıb. 

İlk instansiya məhkəməsi "Azərpoçt"un lehinə qərar çıxararaq iddianı qismən təmin edib. Cavabdeh olan "Azərsu" qərardan narazı qalıb və yuxarı instansiya məhkəməsinə şikayət edib.

Şikayət üzrə iş icraata götürülüb. Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə iyulun 28-də davam etdiriləcək.

Murad Əhməd