“Azərpoçt”dan əhaliyə şad xəbər- - Yenilik

azerpoctdan-ehaliye-sad-xeber-
Oxunma sayı: 3219


"Qafqazinfo" turkeltv-yə  istinadən xəbər verir ki, yeni xidmətlər əhaliyə bir mərkəzdən operativ olaraq  bütün kommunal xərclərin ödənilməsinə, həmçinin sürətli pul köçürməyə imkan verir. Əgər əvvəllər sürətli pul köçürülmələri ancaq banklar tərəfindən və yüksək xidmət haqqı müqabilində həyata keçirilirdisə, artıq az məbləğdə xidmət haqqı ödəməklə istənilən yerə pul köçürmələri aparıla bilər. Müəssisə hər il olduğu kimi bu il də yeniliklər nəzərdə tutub. Bu yeniliklər sırasında ən əsası isə əhaliyə mikrokreditlərin verilməsi ilə bağlı olacaq. Artıq vətəndaşlar təkcə banklardan deyil, Azərpoçtdan da kredit ala biləcəklər. Vətəndaşlara təklif olunması nəzərdə tutulan kreditin faiz dərəcələri də banklardan fəqrlənəcək. Müsahibin sözlərinə görə, faiz dərəcəsinin ölkədə kredit xidməti göstərən bütün bankların faiz dərəcələrindən aşağı olması nəzərdə tutulur. Azad Alıyevin sözlərinə görə  bu xidmət artıq bəzi xarici ölkələrdə tətbiq olunub və efektiv nəticə verib. 1818-ci ildən bu günə kimi müxtəlif adlarla Azərbaycanda vətəndaşlara xidmət edən Azərpoçt Dövlət Müəssisəsi bundan sonrada layiqli xidmət göstərmək məqsədi ilə yenili layhələr üzərində işləyir.