“Azərpoçt”dan oğurluq edən şəxslər saxlanılıb

azerpoctdan-ogurluq-eden-sexsler-saxlanilib
Oxunma sayı: 1292

Dekabrın 11-də Şirvan şəhər sakini Kamal Bağırzadəyə məxsus oyun zalından 4 ədəd oyun aparatı və 16 ədəd idarəetmə cihazı oğurlanıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Rəfael Qurbanov, Taleh Qurbanov və Amil Əliyev saxlanılıblar. Onların bir neçə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. 

Belə ki, onların həmin gün “Azərpoçt” MMC -yə məxsus poçt filialından içərisində 7ədəd “Dekoder”aparatı və 34 ədəd açıqca olan seyfi oğurladıqları və cari ilin əvvəlində bankların birinin bankomatından pul oğurlamağa cəhd etdikləri üzə çıxıb. Həmin şəxslərdən oyun aparatları və kassa maddi sübut kimi götürülüb. Hər üç faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.