“Azərreyl” İsveçrə klubuna qarşı oynayacaq

azerreyl-isvecre-klubuna-qarsi-oynayacaq
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi xəbərə görə, oyun günündə 3 Azərbaycan təmsilçisi meydana çıxacaq. Çempionlar Liqasında “Azərreyl” İsveçrənin “Volero” klubunu qəbul edəcək. İlk oyunda qələbə qazanan “dəmiryolçular” bu görüşə də qələbə əzmi ilə çıxır.
“Çelenc Kap” turnirində isə “Lokomotiv” Serbiyada “Vizura”nın, “Bakı” isə Xorvatiyada “Rieka”nın qonağı olacaq.
İlk oyunda qələbə qazanan hər 3 təmsilçimiz 1/4 finala vəsiqə qazanmaq üçün bu qarşılaşmada da qalib gəlməlidir. Əks halda cütlüyün taleyi “qızıl set”də həll olunacaq.
Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunu

8 fevral
18:00. “AZƏRREYL” (AZƏRBAYCAN) – “VOLERO” (İSVEÇRƏ)
Hakimlər: Andrey Zenoviç (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)
Bakı İdman Sarayı

İlk oyun
“VOLERO” (İSVEÇRƏ) – “AZƏRREYL” (AZƏRBAYCAN) - 1:3 (19:25, 25:22, 24:26, 16:25)
“Çelenc Cup”

8 fevral
1/8 final mərhələsinin cavab oyunu

21:00. “VİZURA” (SERBİYA) - “LOKOMOTİV” (AZƏRBAYCAN)
Hakimlər: Tim Kaaber (Norveç), Audrius Qarqasas (Litva)
SC Vizura, Belqrad

İlk oyun
“LOKOMOTİV” (AZƏRBAYCAN) – “VİZURA” (SERBİYA) - 3:1 (25:20, 25:18, 22:25, 25:18)


21:00. “RİEKA” (XORVATİYA) - “BAKI” (AZƏRBAYCAN)
Hakimlər: İvan Momirov (Bolqarıstan), David Fernandes (İspaniya)
Dvorana Mladost, Rieka

İlk oyun
“BAKI” (AZƏRBAYCAN) – “RİEKA” (XORVATİYA) - 3:0 (25:14, 25:16, 25:21)

Ceyhun Əhmədov