“Azərreyl” məğlub oldu

azerreyl-meglub-oldu
Oxunma sayı: 646

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz “Azərreyl” səfərdə İtaliya klubu “Yamamay”la qarşılaşıb və qələbəni tay-brek də əldən verib. Belə ki, voleybolçularımız ilk seti uduzublar. (25:17) Lakin II və III setdə qələbə qazanan “Azərreyl” hesabı öz xeyrinə dəyışə bilib. Amma bu da son olmayıb. “Yamamay” sonrakı 2 setdə qalib gələrək, ümumi hesabda görüşü 3:2 hesabı ilə xeyrinə bitirib. Lakin bu məğlubiyyət komandamızın yarım final arzularını tamamilə puç etmiş olmur. Çünki hələ cavab oyunu var və voleybolçularımız rəqiblərindən qisas almaq iqtidarındadırlar.

İqbal