Azersellin Mobil Göz Klinikası istifadəyə verildi - Fotosessiya

Azersellin Mobil Göz Klinikası istifadəyə verildi -<font color=red> Fotosessiya</font>
Oxunma sayı: 287

Həmin avtobus gözlərin müayinəsinin aparılması üçün zəruri olan modern tibbi avadanlıqla təchiz olunub.

“Qafqazinfo”nun məlumatına görə, layihənin təqdimat mərasimində çıxış edən Azercell-in Mətbuat və nəşriyyat üzrə eksperti Fəxri Abbasov fəaliyyət göstərdiyi 14 il ərzində Azercellin ölkədə sosial layihələrin icrasına təxminən 14,7 milyon dollar xərclədiyini qeyd edib. F. Abbasov şirkətin iki il öncə həyata keçirdiyi Mobil Diş Klinikası layihəsinin də uğurla həyata keçirildiyini xatırladıb: “Bu layihənin məqsədi valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkili təmin etməkdir. Respublika miqyaslı bu təşəbbüs həmçinin ahılları və aztəminatlı ailələri əhatə edəcək. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislər tərəfindən müayinə olunacaq, gözlərin qorunması üçün zəruri məsləhətlər alacaqlar”.

Qeyd edək ki, Mobil Göz Klinikası Bakı başda olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri gəzəcək. Layihənin icrası Caspian Compassion Projekt tərəfindən reallaşdırılır.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi