“Azərsığorta” birdəfəlik ödəmələrlə bağlı məlumat yaydı

azersigorta-birdefelik-odemelerle-bagli-melumat-yaydi
Oxunma sayı: 2099

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) 1991-1997- ci illər ərzində hərbi qulluqçuların vərəsələrinin iddiaları ilə bağlı məlumat yayıb. “Qafqazinfo” xəbər verir ki, məlumatda qeyd olunur ki, qanuna əsasən Dövlət Sığorta Şirkəti tərəfindən qeyd olunan dövrdə 2917 nəfər hərbi qulluqçularının varisinə ( 50.000 – 200.000  manat) məbləğində sığorta ödənişi həyata keçirilib:  

“Belə ki, Neftçala rayonundan şəhid olan İsmayılov Möhübbət İmanverdi oğlunun, Rəcəbov Rəvan Abdulrza oğlunun, Kəlbəcər rayonundan  Şərifov Zaur Faiq oğlunun, Bayramov Xalis Sultanəli oğlunun, Qədimov Azər Baris oğlunun, Nərimanov rayonundan Xamoyev Fərman Teymur oğlunun, Həsənov Asif Dadaş oğlunun, Əhmədov Etibar Hümbət oğlunun, Zaqatala rayonundan şəhid Hüseyn Allahyarovun anası Sərvinaz Allahyarova və sair varislərin adlarına adlı çeklə və Əmanət Bankına köçürmə  yolu ilə sığorta ödənişi məbləğlərinin ödənilməsi tərəfimizdən sübuta yetirilib.
Həmçinin bildirmək istərdik ki, şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkəti ilə yanaşı bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çoxsaylı müraciətlər edirlər.

Nazirliyin apardığı araşdırma nəticəsində Baş Notarial kontorunun arxivində həmin şəhid ailələrinin varislərinə verilmiş vərəsəlik şəhadətnamələrini aşkar edilib. 

Hazırda şikayətçilərin ərizələri əsasında Ədliyyə Nazirliyinin Baş Notariat Kontoruna və Əmanət Bankının hüquqi varisi olan Kapital Banka sorğu göndərilməklə bu məsələyə aydınlıq gətirməklə onlara olan sığorta ödənişinin almaları barədə məlumat veriləcək”.

Şirkət arxiv sənədlərinin yandırılması ilə bağlı məsələyə də aydınlıq gətirib:

““Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mühasib qeydiyyatı üçün əsas olan, təsərüffat əməliyyatının aparılmasını qeydə alan ilkin sənədlər və onlara aid olan əlavələrin  saxlanılması müddəti 5 il göstərilib.

Bu səbəbdən 1991-97 ci illərdə Dövlət Sığorta Şirkətinin rayon və şəhər filialları tərəfindən bütün maliyyə sənədləri, o cümlədən, hərbi qulluqçuların dövlət icbarı şəxsi sığorta ödənişlərinə dair ilkin sənədlər Dövlət arxivinə təhvil verilib”.