“Azərsu” 2011-də hansı işləri görüb?

azersu-2011-de-hansi-isleri-gorub-
Oxunma sayı: 652

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bununla yanaşı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Almaniyanın KfW Bankı və digər maliyyə qurumlarından 35 mln. ABŞ dolları kredit cəlb edilib. Bu vəsaitlər hesabına “Azərsu” ASC-nin Gəncə, Şəki, Şamaxı, Qəbələ, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər həyata keçirilib.

Azərbaycan Hökuməti və Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində Şəki şəhərində işlərin birinci mərhələsi başa çatıb. Layihəyə uyğun olaraq Kiş çayının məcrasında sugötürücü qurğu tikilib, magistral su xətti çəkilib, xlorator qurğusu da daxil olmaqla su anbarı bərpa edilib. Təməli 2011-ci ilin sentyabrın 8-də qoyulmuş Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində isə sugötürücü mənbələrin, anbarların və magistral su xəttinin tikintisi üzrə işlərə start verilib.
Asiya İnkişaf Bankı ilə birgə həyata keçirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Ağdaş və Göyçay şəhərlərində birinci mərhələyə aid olan işlər tamamlanıb. Bu mərhələdə Ağdaş şəhərində 3 ədəd subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası daxil olmaqla yeni su anbarı inşa edilib. Eyni zamanda 2 km uzunluğunda magistral boru xətti çəkilərək mövcud su şəbəkəsi ilə birləşdirilib, yeni laboratoriya binası, nasos stansiyası və nasosların normal iş rejiminin təmin edilməsi məqsədilə yeni elektrik xətləri çəkilib. Eyni zamanda “Ağdaş Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa edilib. “Şəhər su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Göyçay şəhərində 3 ədəd subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası daxil olmaqla yeni su anbarı inşa edilib. Eyni zamanda nasos stansiyası tikilib. Bundan başqa “Göyçay Sukanal” TASC üçün yeni ofis binası və istehsalat bazası inşa olunub. Tikinti işlərinə 19 yanvar 2011-ci il tarixdə başlanılıb.
Azərbaycan Hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi” çərçivəsində Şamaxı, Qəbələ, Sabirabad və Saatlı rayonlarının su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur. Layihə çərçivəsində Şamaxı şəhərində birinci mərhələdə işlər başa çatıb, Pirsaatçayın hövzəsində suqəbuledici qurğu, su anbarı, nasosxana və xlorator binası tikilmiş, suqəbuledici meydançanın sel və daşqınlardan mühafizə bəndi tikilib.

2011-ci ilin aprelində təməli qoyulan Qəbələ layihəsinin birinci mərhələsində 6 ədəd subartezian quyu qazılıb, quyulardan suqəbuledici kameraya qədər magistral su kəməri çəkilib, 2 ədəd su anbarı, xlorator binası, transformator yarımstansiyası, laboratoriya binasını tikintisi üzrə işlər davam etdirilir. Saatlı və Sabirabad şəhərləri üzrə podratçı şirkətin seçilməsi üzrə tender elan olunub.

Nigar Məmmədli