“Azərsu” da gücləndirilmiş rejimə keçir

azersu-da-guclendirilmis-rejime-kecir
Oxunma sayı: 957

Gözlənilən hava şəraiti ilə əlaqədar dünən “Azərsu” ASC-də rayon Sukanal İdarələrinin rəhbərləri ilə geniş iclas keçirilib.

Bu barədə “Qafqazinfo”ya məlumatı qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı verib. O bildirib ki, iclasda gücləndirilmiş iş rejimində çalışmaqla bağlı müvafiq tapşırıqlar verilib:

“Çalışacağıq ki, həmin günlərdə də, əhalini əvvəlki qaydada, yəni 24 saat su ilə təmin edək. O cümlədən, əhalinin içməli su təhcizatında yarana biləcək hər hansı bir problemi qısa müddətdə aradan qaldıra biləcəyik”. 

Günel Hacı