“Azərsu” da Xocalını andı

azersu-da-xocalini-andi
Oxunma sayı: 647

“Azərsu”dan “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Azərbaycan xalqının tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsi bəşəriyyət tarixinə insanlığa qarşı vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşüb.

Tədbirdə çıxış edən “Birləşmiş Sukanal” MMC-nın sədri, Qarabağ müharibəsi veteranı Etibar Məmmədov, “Azərsu” ASC-nin mühəndisləri Heydər Abbasov, Firuzə Hüseynova Xocalı faciəsini törədənlərin əsas məqsədlərinin Azərbaycan torpaqlarının işğalı və etnik təmizləmə siyasəti olduğunu bildiriblər.

Çıxışlarda faciənin 20 il əvvəl olduğu kimi bu gün də hər bir azərbaycanlının qəlbini sızlatdığı və Xocalı soyqırımı qurbanlarının xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd edilib.

Nigar Məmmədli