“Azərsu” əməkdaşları təltif olundular

azersu-emekdaslari-teltif-olundular
Oxunma sayı: 648

Qurumun İctimaiyyətlə əlaqələr sektorundan “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, bu təltiflər ölkə başçısının kollektivin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin təzahürüdür.
Sonra “Ə. Ş. Məmmədova “Əməkdar Mühəndis” fəxri adı verilməsi” və ““Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları oxunub, Səhmdar Cəmiyyətinin əməkdaşlarına vəsiqə və medallar təqdim edilib.

Qeyd edək ki, Prezidentin sərəncamları ilə “Azərsu” ASC-nin Sukanal ETLİ-nin direktor müavini Əhməd Məmmədov “Əməkdar mühəndis” fəxri adı, 5 nəfər əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunublar.

Nigar Məmmədli