“Azərsu” iş görür

azersu-is-gorur
Oxunma sayı: 640

ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısının alınması məqsədi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yeni çəkilmiş 800 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 22-də paytaxtın Qaradağ rayonunun Ələt, Qobustan, Səngəçal, Sahil və Lökbatan qəsəbələrinə, Səbail rayonunun Badamdar qəsəbəsinə və “20-ci sahə” yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.