“Azərsu” işçi qəbul edir

azersu-isci-qebul-edir
Oxunma sayı: 639

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bu kateqoriyadan olan işçilər tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına, normativ sənədlərə uyğun olaraq texnoloji ardıcıllıqla və keyfiyyətlə icrasına nəzarət edir, layihə-smeta sənədləri üzrə arayış, çertyoj və hesabatlar hazırlayır.
Tələblərə görə namizədlərin inşaat mühəndisliyi üzrə ali təhsili, bu sahədə minimum 3 il iş təcrübəsi olmalıdır. Namizədlər tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri, inşaat işlərinin təşkili və planlaşdırılması prinsiplərini, inşaat norma ve qaydalarını, eləcə də texniki şərtləri bilməlidir. Bununla yanaşı namizədlər müvafiq kompyuter biliklərinə (MS Office, İnternet, Outlook. AutoCAD) malik olmalıdır.
Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər.

Nigar