Azərsu prezidentə edilən şikayətə reaksiya verdi

azersu-prezidente-edilen-sikayete-reaksiya-verdi
Oxunma sayı: 1785


 “Qafqazinfo” xəbər verir ki, mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Facebook səhifəsində yazıb: “Bu gün Azadlıq radiosu vasitəsilə Prezidentə şikayət edən Qalib Bağırovla birlikdə dediyi ərazidə, yəni Zabrat qəsəbəsinin Kərpiczavod deyilən ərazisində olduq. Qalib Bağırov ha axtardı ki, özünün dediyi camış düşən quyuları bizə göstərsin, heç babat çala da tapa bilmədi. Nəalac qalıb dalanlara ayrılan yolları göstərdi, hansı ki, oralar dədə-badan asfalalt görməyib. Ən sonda ixtisasca həkim olan Qalib Bağırov bizim işçilərə xitabən, sağ olsunlar bizə su verirlər dedi. 

Zabrat qəsəbəsinin Kərpiczavod adlanan ərazisində “Azərsu” ASC-nin sifarişi əsasında qazılmış asfalt örtüyü bərpa olunub. Yalnız bir ünvanda yolu perpendikulyar keçən yerdə bu həftə qazılmış hissəyə asfalt vurulmayıb. Amma həmin əraziyə karbonat verilib və yer quruyan kimi asfalt örtüyü bərpa ediləcək. Yaşayış massivinin dalanlarında olan yol probleminin isə su çəkilişinə heç bir aidiyyəti yoxdur. Həmin dalanlarda əvvəlcədən torpaq yollar olub və yağıntı ilə əlaqədar orada problemlər yaranıb. Bunu Qalib Bağırov özü də etiraf etdi.

Kərpiczavod adlanan ərazidə “Azərsu” ASC tərəfindən 22 km-dən artıq su xətti çəkilib və 900-dən artıq ev birləşməsi verilib və sayğac quraşdırılıb, işlər davam etdirilir”.