“Azərsu” rəhbəri beynəlxalq nümayəndə heyəti ilə görüşüb

azersu-rehberi-beynelxalq-numayende-heyeti-ile-gorusub
Oxunma sayı: 648

Qurumun mətbuat xidmətindən “Qafqazinfo”ya veilən məlumata görə, “Azərsu” ASC-nin Mətbuat xidməti “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Asiya İnkişaf Bankının Azərbaycanda həyata keçirilən investisiya proqramlarında yaxından iştirak etməsini yüksək qiymətləndirərək “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” çərçivəsində bankın krediti hesabına maliyyələşdirilən layihələrin uğurla icra olunduğunu bildirib.

Asiya İnkişaf Bankının ölkə üzrə direktoru Anand Çinplunkar Azərbaycan hökuməti ilə əməkdaşlıqdan məmnunluğunu bildirmiş və qeyd etmişdir ki, təmsil etdiyi qurum Azərbaycanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində bundan sonra da iştirak etməkdə maraqlıdır.

Görüşdə “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın icra vəziyyəti, maliyyələşmə, kadr hazırlığı və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan Hökumətinin iştirak payı və Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilən “Şəhər Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın I mərhələsində Ağdaş və Göyçay şəhərlərində suqəbuledici qurğular kompleksi yaradılıb. II mərhələ çərçivəsində Ağdaş və Göyçay, eləcə də Beyləqan şəhərlərinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur. Hər 3 şəhər üzrə elan edilmiş tenderlər aprel ayının sonuna qədər yekunlaşacaq. Asiya İnkişaf Bankının krediti hesabına reallaşdırılan layihənin III mərhələsində isə Ağcabədi və Balakən şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. İlkin razılığa görə II və III mərhələ üzrə işlərin cari ildə başlanması nəzərdə tutulur.