“Azərsu” sədri qəbul keçirəcək

“Azərsu” sədri qəbul keçirəcək
Oxunma sayı: 714

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 19 iyulda Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. 

“Qafqazinfo” xəbər verir ki, 22 iyulda “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Zaqatala şəhərində Zaqatala və Balakən rayonlarından olan sakinlərlə görüşəcək. 23 iyulda “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbullar “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin, Zaqatala və Qəbələ sukanal sahələrinin inzibati binalarında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbul üçün “Şəki Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuz sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi, [email protected] elektron poçtu vasitəsilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi