“Azərsu” su anbarlarını yuyur

azersu-su-anbarlarini-yuyur
Oxunma sayı: 655

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 2012-ci ilin mart ayından indiyə qədər “+ 69 Şərq”, “+ 110 Qərb”, və Maştağa mərkəzi su anbarlarının yuyulması başa çatdırılıb. Bununla yanaşı “Azərsu” ASC-nin balansında olan məhəllədaxili su anbarlarının da yuyulması təmin edilib. Tərtib olunmuş qrafikə uyğun olaraq Nərimanov rayonunda 30, Binəqədidə 28, Yasamalda 27, Suraxanıda 24, Nizamidə 23, Xətaidə 9, Nəsimidə 6 və Səbail rayonunda 2 məhəllədaxili anbar yuyulub dizenfeksiya olunub və proses kompleks şəkildə aparılaraq ciddi nəzarət altında həyata keçirilib.
Yuyulma prosesində anbarlar tamamilə boşaldılıb və onların dib hissəsi lil çöküntülərindən təmizlənib. Daha sonra anbarların istismara yararlı olub-olmaması mütəxəssislər tərəfindən yoxlanılıb, təhlükə doğura biləcək hallar müəyyənləşdirilərək təmir-bərpa işləri aparılıb. Dezinfeksiya işlərindən sonra anbarlar suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Sanitar və Epidemilogiya Mərkəzinin təqdim etdiyi arayışlar əsasında yenidən istismara buraxılıb.

Nigar Məmmədli