“Azərsu” yeni su xətlərini istismara verib

azersu-yeni-su-xetlerini-istismara-verib
Oxunma sayı: 890

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı keçirilən tədbirdə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədov bildirib ki, “Azərsu” ASC iri şəhər və rayon mərkəzləri ilə yanaşı kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirir. İçməli su təchizatını yaxşılaşdırmaq məqsədi ilə Hənifə kəndində 1 ədəd artezian quyusu qazılıb, 2350 metr uzunluğunda su xətti çəkilib. Eyni zamanda Tülü kəndinin su təchizatının yaxşılaşdırılması üçün də işlər görülüb. Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Tülü kəndində 1 ədəd subartezian quyusu qazılıb, tutumu 10 kubmetr olan su çəni quraşdırılıb və 750 metr uzunluğunda su xətti çəkilib. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Hənifə və Tülü kəndlərinin içməli sudan əziyyət çəkən 600-dən artıq sakininin problemi həll olunub.
“Azərsu” ASC-nin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq içməli su çatışmazlığından əziyyət çəkən Şamaxı rayonunun Sabir qəsəbəsində də su təchizatı sisteminin istismara verilməsi ilə əlaqədar açılış mərasimi keçirilib. “Birləşmiş Sukanal” MMC-nin sədri Etibar Məmmədovun sözlərinə görə, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına” uyğun olaraq Sabir qəsəbəsində subartezian quyu qazılıb, uzunluğu 2 km-dən artıq müxtəlif diametrli su xətti çəkilib. Layihənin icrası müddətində suyun istehlakçılara çatdırılmasını təmin etmək üçün məhəllədaxili xətlərin vəziyyəti yoxlanılıb və abunəçilər üçün sayğaclar quraşdırılıb. “Azərsu” ASC-nin daxili maliyyə imkanları hesabına görülən işlər nəticəsində Sabir qəsəbəsində 3000-dən artıq insanın içməli su təminatı yaxşılaşıb.


Nigar Məmmədli