“Azərsu”çular qüvvələrini sınadılar

azersucular-quvvelerini-sinadilar
Oxunma sayı: 658

Spartakiadada “Azərsu” ASC-nin 270-dək əməkdaşı idmanın 6 növündə - mini-futbol, şahmat, dama, nərd, stolüstü tennis və daşqaldırma üzrə qüvvəsini sınayıb.

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, spartakiadanın bağlanış mərasimində çıxış edən “Azərsu” ASC sədrinin müavini Mahir Məmmədov deyib ki, su təsərrüfatı işçilərinin idmanla məşğul olması üçün hər cür şərait yaradılır və bundan sonra da yaradılacaq.

Daha sonra fərdi və komanda yarışlarında qaliblərin adları açıqlanıb. Spartakiadanın nəticələrinə görə, Səmirxan Rzayev şahmat, İqbal Adilov dama, Qafar Mədətov stolüstü tennis, Namiq Fərgüzarov nərd, Eynulla Qərənizadə daşqaldırma üzrə yarışlarda birinci yeri tutub. Mini-futbol turnirinin qalibi “Kür Su Kəmərləri” İdarəsinin komandası olub. Ümumi komanda hesabında isə “Azərsu” ASC-nin Aparatının komandası ən yüksək nəticələr göstərərək birinici yeri tutub.

Tədbirin sonunda yarışlarda fərqlənən idmançılar fəxri fərman və pul mükafatı ilə təltif olunublar.

Nigar Məmmədli