“Azərsu”da 20 yanvar anıldı

azersuda-20-yanvar-anildi
Oxunma sayı: 682

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, əvvəlcə 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, “Azərsu” ASC-nin baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və digərləri xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsini pisləyərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd ediblər.

Nigar Məmmədli