Azərsun Holdinqin dəstəyi ilə Bakıda elmi konfrans keçirilib

azersun-holdinqin-desteyi-ile-bakida-elmi-konfrans-kecirilib
Oxunma sayı: 657

“Qafqazinfo”nun məlumatına görə, iki gün davam edəcək Simpozium Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Milli Aviasiya Akademiyası (Azərbaycan), Odlar Yurdu Universiteti (Azərbaycan), Süleyman Dəmirəl Universiteti (Türkiyə), Karlsruhe Texnologiya İnstitutu (Almaniya), Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan) tərəfindən təşkil edilir.

Tətbiqi Mexanika və Müasir İnformasiya Texnologiyalarının İnkişafı 2011 Beynəlxalq Simpoziumunda Tətbiqi Mexanika, Tele-Mexanika, İnformasiya Texnologiyası, Nano-kompozitlər, Nano-Mühəndislik, Stabilitet Nəzəriyyəsi, Mobil Rabitə sistemləri, Maşınqayırma texnologiyası və Materialşünaslıq sahələrindəki nailiyyətlər, yeni texnologiyalar haqqında tədqiqatlar və mühəndislər üçün ümumi məruzələr keçirilir, müzakirələr aparılır.

Simpoziumda ABŞ, Türkiyə, Almaniya, Rusiya, İran, Ukrayna, Çin, Şimali Kipr Türkiyə Cümhuriyyəti, Kanada və digər ölkələrdən görkəmli alimlər iştirak edəcək, 60-dan çox elmi məruzə dinləniləcək və müzakirələr olacaq. Simpoziumda elmin yeni sahələrindəki nailiyyətlər müzakirə ediləcəyi üçün Azərbaycanın elm və sənayesinin gələcək inkişafına müsbət təsir edəcək.

Təşkilat komitəsi Azərbaycan Respublikası Rabitə və İnformasiyaTexnologiyaları Nazirliyi, Azərfon LLC, Azersun Holdinq, TUSİAB və ANT İnşaat Təmir - Tikinti MMC təşkilatlarıdır.

Nigar Məmmədli