“Azərsun” ümumrespublika göstəricisini üstələdi

azersun-umumrespublika-gostericisini-usteledi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, “Azərsun Holdinq” Biləsuvarda yerləşən pilot kənd təsərrüfatı kompleksində nazir müavini Bəhram Əliyevin iştirakı ilə taxılçılıq mövzusunda səyyar seminar təşkil edib.
İlk olaraq seminar iştirakçıları “Azərsun Holdinq”in 3400 hektarlıq ərazidə salınan ən müasir yağmurlama və damcılama suvarma sistemləri ilə təchiz olunmuş və ekoloji təmiz qaydada yetişdirilən müxtəlif tərəvəz, bostan bitkiləri, taxıl, nar, çuğundur, noxud sahələri ilə tanış olublar. Daha sonra seminar iştirakçıları ekoloji təmiz sertifikatlı gübrə istehsalı ilə də tanış olublar.
Ərazidə müasir intensiv əkinliklə tanışlıq zamanı taxıl toxumu haqda ciddi fikir mübadilələri və məhsuldarlıqla bağlı mübahisələr aparılıb. Mübahisələrə son qoymaq və eyni zamanda nümayiş üçün ərazidə olan nisbətən zəif buğda sahəsindən 1 hektar seçilib, seminar iştirakçıları və KİV nümayəndələri müşahidəsi ilə buğda biçilib, tərəzidə çəkilib. Təsadüfən seçilmiş bir hektarından 5310 kiloqram (53 sentner) dən alınıb. Ötən ilin ümumi respublika göstəricisinin 1 hektardan 25-27 sentner olduğunu bildirən kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev, “Azərsun Holdinq” sahələrində əldə olunan nəticənin orta göstəricilərdən 2 dəfə çox olduğunu qeyd edib və əldə olunan müsbət təcrübənin taxılçılıqla ilə məşğul olan digər fermerlə tərəfindən də mənimsəməsinin vacibliyini vurğulayıb.

Sədan