“Azərsu”nun mıxı çürüyür, sakinlər şikayət edir - Video

“Azərsu”nun mıxı çürüyür, sakinlər şikayət edir
Oxunma sayı: 1441

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin paytaxtda çürüyən su borusundan sızıntının qarşısını almaq üçün tətbiq etdiyi üsul 1 ildən sonra yenidən çürüyüb.

Bu barədə “Qafqazinfo”ya müraciət  edən Bakı şəhər sakini Anar Baxışov bildirib ki, ötən il Nəsimi rayonu, Cavadxan küçəsi 14-cü binanın qarşısında su borusu partadığı üçün yolu su basıb: “Azərsu”nun işçiləri gəlib yolu qazdılar, çürüyüb deşilən dəmir boruya taxta mıxlar vurub sızıntının qarşısını aldılar. O vaxt sakinlər buna etiraz etsələr də, əhəmiyyət vermədilər. Su bir il ərzində həmin taxtaların özünü də çürütdü, təxminən 1 ay əvvəl yenə sızıntı oldu. Yenə həmin qurumun işçiləri gəlib yeri qazdılar, eyni üsulla taxta mıxlar vurub getdilər. Qzdıqları yeri də doldurdular. Amma üstünü də asfaltlayan olmadı. Yol elə də qalıb. Bu dəfə borunu mıxlayanda sakinlər yenə yaxınlaşdı. Dedik ki, burda çürüyən 50 santimetr yerdi, bir parça dəmiri “svarka” edin ora. İş icraçısı kimi özünü təqdim edən cavan oğlan dedi ki, bizə rəhbərlikdən deyiblər mıx vurun”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünya praktikasında hələ də borularda su axıntısının qarşısını almaq üçün taxta çivlərdən istifadə olunur: “Amma bu o demək deyil ki, kütləvi istifadə olunur. “Azərsu” ASC magistral xətlərdə heç vaxt taxta çivlərdən istifadə etmir. Bizim əməkdaşlar öncə çiv vurub axıntının qarşısını alırlar, sonra isə ya xamut atırlar ya da dəmir parçasını qaynaq edirik. Bu video sona qədər çəkilmədiyi üçün qərəzlidir. Taxta çivlər vurulduqdan sonra digər işlər görülür”.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi