“Azərsu”ya müraciət olunub

azersuya-muraciet-olunub
Oxunma sayı: 662

“Azərsu” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə müraciətlərin əksəriyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan vətəndaşlar tərəfindən edilib. Daxil olan müraciətlərin 430-u və ya 53 faizi su xətlərində baş verən qəzalarla, digər müraciətlər isə içməli suyun gəlməməsi (199) və kanalizasiya problemləri ilə bağlı (182) olub.

Ümumilikdə cari ilin yanvar-noyabr aylarında Qaynar Xəttə abunəçilər tərəfindən 8328 müraciət edilib. Müraciətlərin təqribən 44, 6 faizi və ya 3711-i su xətlərindəki qəzalarla bağlıdır. Ötən 11 ay ərzində “Azərsu” ASC-nin Qaynar Xəttinə içməli suyun verilməməsi ilə əlaqədar 3262, kanalizasiya sistemindəki tutulmalarla bağlı isə 1294 zəng edilib. Hesabat dövründə suyun təzyiqi ilə bağlı 44, tərkibi ilə əlaqədar isə abunəçilər tərəfindən cəmi 12 müraciət daxil olub. Daxil olan müraciətlərin hamısı ətraflı araşdırılmış və müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bildirişlərin çatdırılması, sayğaclaşma və ödəniş məsələləri ilə bağlı Qaynar Xəttə edilən müraciətlər yerli Sukanal idarə və departamentlərinə yönləndirilir.

“Azərsu” ASC bir daha bəyan edir ki, Qaynar Xəttinə edilən müraciətlər Səhmdar Cəmiyyətin müvafiq strukturları tərəfindən araşdırılır və problemlərin həlli istiqamətində operativ tədbirlər görülür.