“Azərsu”yun zəng mərkəzi bu gün işləmir

azersuyun-zeng-merkezi-bu-gun-islemir
Oxunma sayı: 1039

“Azərsu” ASC-nin 955 Zəng Mərkəzinin proqram təminatında təkmilləşdirmə işlərinin aparılması ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti  dayandırılıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, gün ərzində proqram təminatında yenilənmə işlərinin başa çatdırılması və Zəng Mərkəzinin fəaliyyətinin bərpa olunması nəzərdə tutulur. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC istehlakçılardan üzr istəyir.