“AzerTelecom” Türkmənbaşındakı sərgidə - Fotolar

azertelecom-turkmenbasindaki-sergide
Oxunma sayı: 1087

“AzerTelecom” 11-12 avqust tarixlərində Türkmənistanın Türkmənbaşı şəhərində keçirilmiş I Xəzər İqtisadi Forumu çərçivəsində Xəzər İnnovasiya Texnologiyaları sərgisində təmsil olunub.

“Qafqazinfo”nun məlumatına görə, şirkətin forum çərçivəsində sərgidə öz stendi ilə iştirak məqsədi müxtəlif telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, mövcud və potensial tərəfdaşlarla faydalı fikir və təcrübə mübadiləsinin aparılması, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub.

Sərgi günlərində “AzerTelecom” şirkətinin stendi maraqla qarşılanıb, sərgi iştirakçılarına şirkətin xidmətləri və icra olunan layihələr barədə geniş məlumat verilib, əməkdaşlıq imkanları müzakirə olunub.

Türkmənbaşı şəhərinin Avaza milli turistik zonasında baş tutmuş I Xəzər İqtisadi Forumunda və Xəzər İnnovasiya Texnologiyaları Sərgisində Xəzəryanı ölkələr, eləcə də Niderland, BƏƏ, Çin, Türkiyə, Belarus, Fransa, Yaponiya, Almaniya, Özbəkistan, Finlandiya və digər ölkələri təmsil edən şirkətlər iştirak ediblər.