“Azertexnolayn” yeni ili yeni web səhifə və yeni məhsullarla qarşılayır

azertexnolayn-yeni-ili-yeni-web-sehife-ve-yeni-mehsullarla-qarsilayir
Oxunma sayı: 1169

Müştəri məmnuniyyətini və rahatlığını daim artırmağı qarşıya məqsəd qoyan"Azertexnolayn" şirkəti tam yeni tərtibatda korporativ web səhifəsini (www.azertexnolayn.com ) istifadəyə verib.

"Qafqazinfo" xəbər verir ki, müasir tələblərə cavab verən və gözoxşayan dizayna malik olan saytın əsas məqsədi sayt ziyarətçilərin rahatlığını təmin etmə, şirkət və istehsal olunan məhsullar haqqında daha operativ, eləcədə ətraflı informasiya almağa dəstək olmaqdır.

Bir sıra üstünlüklərinə görə yenilənmiş sayt daha da fərqlənir. İstifadəçilərin zövqünü oxşayacaq fərqli dizayna və funksional struktura malik saytın ana səhifəsi  tamamilə yenilənib, şirkətdə fəaliyyət göstərən istehsal bölmələri və məhsullar haqqında daha dolğun  informasiya almağa şərait yaradılıb. Yeni web səhifədə yeni məhsullarımız olan HDPE təzyiqli su və qaz boruları, yeraltı yanğın hidrantı, lug və wafer tipli dairəvi siyirtmə, bulaq qurğusu və park oturacağıda təqdim olunub.

2012-ci ildən Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində  ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlər görən əsas şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir.  Azertexnolayn MMC bu gün ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən iri eksport layihələrini icra etməkdədir. 2016 - 2017 ci illəri ərzində  fəxrlə qeyd etməliyik ki, bu illər ərzində Rusiya Fedarasiyası kimi metallurgiya sahəsində inkişaf etmiş ölkəyə çuqun tökmə məhsulları, eləcədə Qazaxıstan, Türkmənistan və Gürcüstan respublikalarına 75 milyon manatlıq rəqabətədavamlı sənaye məhsullarının ixracı uğurla həyata keçirilib.