“Azı 10 dəfə Ermənistanda olmuşam”

azi-10-defe-ermenistanda-olmusam
Oxunma sayı: 2836



Bunu Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, əməkdar jurnalist Rauf Mirqədir dünən onunla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudova deyib. Hüquq müdafiəçisi jurnalistin saxlanma şəaraiti və ona qarşı rəftar qaydalarından da şikayəti etməyib: “Ona normal münasibət göstərirlər, heç bir təzyiq olmayıb, gündə 3 dəfə yemək verilir”.

Vəkili Fuad Ağayev isə R.Mirqədirov barəsində Nəsimi Rayon Məhkəməsinin çıxardığı  3 ay müddətinə həbs qəti imkan tədbirinin dəyişdirilməsi barədə apellyasiya şikayəti verməyə hazırlaşır. F.Ağayev bildirib ki,  dünən məhkəmənin qərarını götürüb və ən yaxın zamanlarda şikayət verəcək. /Bizimyolinfo.com/