AzMİU-da Heydər Əliyevin anım mərasimi keçirilib

azmiu-da-heyder-eliyevin-anim-merasimi-kecirilib
Oxunma sayı: 1054

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri açıq elan edən universitetin tədris işləri üzrə prorektoru Akif Qasımov Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən danışıb.

Sonra AzMİU-nun İctimai fənlər kafedrasının müəllimi Zəminə Əsgərova “Heydər Əliyev- dövlətimizin siyasi və ideoloji varisi kimi” adlı məruzə ilə çıxış edib. 

Tədbirin sonunda Heydər Əliyevin ömür yolunu özündə əks etdirən “Dahi şəxsiyyət” sənədli filmi nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları universitetin idman zalında ümummilli liderə həsr olunan sərgiyə baxış keçiriblər.