AzMİU-da Heydər Əliyevin xatirəsi anılıb

azmiu-da-heyder-eliyevin-xatiresi-anilib
Oxunma sayı: 816

Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU) Azərbaycan xalqının dahi lideri, ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, anım tədbirində universitetin professor-müəllim heyəti, tələbələr, eyni zamanda millət vəkilləri - Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Aydın Hüseynov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.

Tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova Heydər Əliyevin milləti və xalqı qarşısında olan misilsiz xidmətlərindən danışıb. Ulu öndərin dünya siyasətinə adını yazan mütəfəkkir şəxsiyyət, müdrik siyasi lider və fenomenal şəxsiyyət olduğunu vurğulayıb. Rektor ulu öndərin Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə müşahidə olunan irəliləyiş, mühüm inkişafı diqqətə çatdırıb. Hazırda memarlıq və inşaat sahəsində peşəkar kadr hazırlığı aparan ali təhsil ocaqlarından olan Memarlıq və İnşaat Universitetinin yaradılması təşəbbüsünün də məhz Heydər Əliyev tərəfindən gerçəkləşdiyini qeyd edib.

Digər çıxış edən millət vəkilləri Şahin İsmayılov, Aydın Hüseynov, YAP-ın nümayəndəsi Seymur Orucov Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki rolundan, ölkənin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan söhbət açıblar.