AzMİU-da İtaliya Dizayn Günü keçirilib

azmiu-da-italiya-dizayn-gunu-kecirilib
Oxunma sayı: 1673

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)  İtaliyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə İtaliyanın qabaqcıl texnologiyalarının təbliğini və müxtəlif sektorlar üzrə İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın qurulmasını nəzərdə tutan İtaliya Dizayn Günü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbiri United Cultures in Baku MMC ilə əməkdaşlıq çərçivəsində İtaliya Ticarət Agentliyi keçirir. İtaliya Dizayn Gününün keçirilməsində məqsəd “Made in Italy” brendinin təşviqatını, İtaliya üstünlüklərini, İtaliya yaşam tərzini çatdırmaqdır. Bu il keçirilən tədbirin mövzusu Dizayn və davamlılıq arasındakı əlaqədir. Tədbirdə İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini, İtaliyanın Azərbaycandakı Ticarət Agentliyinin direktoru Mauritso Ferri və İtaliyadan gəlmiş tanınmış memarlar və dizaynerlər, eləcə də ölkəmizin memarları, dizayn şirkətlərinin iştirak edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professoru Gülçöhrə Məmmədova belə mühüm bir tədbirin AzMİU-da keçirilməsi üçün təşkilatçılara təşəkkürünü bildirib. Bunu Azərbaycan – İtaliya dostluğunun təzahürü kimi dəyərləndirib. Eyni zamanda rektor belə tədbirlərin universitetdə keçirilməsinin memarlıq və dizayn ixtisasında təhsil alan tələbələr üçün vacibliyini vurğulayıb.

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini qeyd edib ki, İtaliya Dizaynı Günü martın 1-də İtalyanın bütün dünya üzrə ticarət nümayəndəliklərində qeyd olunur. “İtaliya Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə tədbir Azərbaycanda artıq ikinci dəfə keçirilir. Tədbirin keçirilməsində məqsəd “Made in Italy” adı ilə keçiriləcək layihədə italyan memarlıq və dizayn sahəsinin sirləri, tarixi, özünəməxsusluğu, innovasiyası, istifadə olunan materialların keyfiyyəti, ekoloji cəhətdən zərərsizliyi müzakirə olunacaq, habelə İtaliyanın memarlıq və müasir texnologiyaları nümayiş etdiriləcək”.