AzMİU-da “Müasir dövrün su problemləri” adlı elmi konfrans keçirilib

AzMİU-da “Müasir dövrün su problemləri” adlı elmi konfrans keçirilib
Oxunma sayı: 291

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərsu ASC və Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun təşkilatçılığı ilə Azərbaycanda şollar su kəmərinin çəkilməsinin 100 illiyinə həsr olunmuş “Müasir dövrün su problemləri” adlı adlı elmi-praktik konfrans keçirilib.

"Qafqazinfo" xəbər verir ki, konfransda universitetin professor-müəllim heyəti, doktorant və magistrləriylə yanaşı, Azərsu ASC-nin sədr müavini Seymur Seyidov, sədrin müşaviri Çingiz Abdullayev, cəmiyyətin Sukanal ETLİ-nin direktoru Çingiz Qurbanov iştirak edib.  Konfransa qatılanlar arasında Qazaxıstandan gələn nümayəndə heyəti də olub.

Konfransı giriş nitqi ilə açan AzMİU-nun Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov iştirakçıları və qonaqları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədov konfrans nümayəndələrini salamlayaraq tədbirin çox aktual mövzuya həsr edildiyini, müzakirələrin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib. 

Salamlama nitqi ilə Azərsu ASC-nin sədrinin müşaviri Çingiz Abdullayev də çıxış edib. Çıxışında o, Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyi günlərində keçirilən belə tədbirlərin su sektorunda mövcud vəziyyətin, problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olduğunu iştirakçıların diqqətinə çatdırıb. O, təmsil etdiyi qurumun istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata  keçirdiyini,  Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin bu gün də səmərəli şəkildə davam etdirildiyini vurğulayıb. 

Konfransın ilk plenar iclasında AzMİU-nun müəllimi, texnika üzrə fəlsəfə doktoru Asif Kəngərli “Bakının su təhcizatı tarixindən” adlı məruzə ilə çıxış edib. Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.  Onu da qeyd edək ki, konfrans 2 gün davam edəcək. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi