AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

azmiu-nun-telebesi-musabiqede-iphone-7-qazanib
Oxunma sayı: 996

Aksesuar İnşaat şirkəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində təhsil alan tələbələri arasında keçirdiyi "Ən yaxşı dizayn həlli" adlı müsabiqənin qaliblərini açıqlayıb. Şirkət rəhbərliyi müsabiqədə birinci yeri qazanan qalibi bahalı hədiyyə ilə mükafatlandırıb. 

Universitetdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, müsabiqənin nəticələrinə görə, təşkilatçılar Aksesuar İnşaatın şouroomu üçün hamam dizaynı işləri arasında Memarlıq fakültəsinin üç tələbəsinin işlərinin xüsusiylə seçildiyini qeyd ediblər. Belə ki, keçirilən müsabiqədə Memarlıq fakültəsinin tələbəsi Lalə Axundova I, II və III yerlərə isə Fidan Səmədova və Azər Məmmədov layiq görülüblər. Birinci yerin qalibi şirkət tərəfindən İPhone 7 ilə mükafatlandırılıb. 

Məlumat üçün bildirək ki, “Ən yaxşı dizayn həlli” adlı müsabiqə memar və dizaynerlər arasında aparılıb. Müsabiqədə AzMİU-nun 25-dən çox tələbəsi iştirak edib. Təşkilatçıların müsabiqə şərti tələbələrdən şourumda təyin edilmiş stendin dizaynını vermək, eyni zamanda seçilən stendin tərtibatının Aksesuar İnşaata məxsus material və avadanlıqların çeşidindən istifadə edərək, klassik və modern üslubunda həll etmək olub.