AzMİU-nun tələbəsi rəsm müsabiqəsinin qalibi olub

AzMİU-nun tələbəsi rəsm müsabiqəsinin qalibi olub
Oxunma sayı: 533

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 3-cü kurs tələbəsi İsmayıl Hacıyev “Yaşıl İncəsənət” 2018 rəsm sərgi-müsabiqəsində 1-ci yerin qalibi olub.

"Qafqazinfo" xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi Səkinə Həsənova və ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN”ın təşəbbüsü,  Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, İmprotex Motors, Garden Shop-un təşkilati dəstəyi ilə həyata keçirilib. 

Mənzərə və natürmort janrlarınnda təbiəti əks etdirən 150 rəsm əsərindən 70-i tədbirdə sərgilənib. AzMİU-nun tələbəsi İsmayıl Hacıyev də müsabiqəyə bir rəsm əsəri ilə qatılıb. Onun kətan üzərində yağlı boya ilə çəkdiyi “Kərtənkələ” rəsmi münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 ən yaxşı rəsm kimi birinci yerə layiq görülüb. İ.Hacıyev xüsusi diplom və pul mükafatı ilə təltif olunub. Müsabiqədə fərqlənən 15 əsərin müəllifinə də diplomlar təqdim olunub.

Onu da qeyd edək ki, keçirilən müsabiqənin əsas məqsədi müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu, əhəmiyyətini artırmaq, ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etməkdir.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi