“Azneft” dairəsi bağlandı

azneft-dairesi-baglandi
Oxunma sayı: 1694

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar hazırlıq işlərini davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, mayın 23-ü axşam saatlarından etibarən mayın 24-ü gecə saatlarınadək Azneft dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində Azneft dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.