“Aztelekom”la “Azercell” barışdı

aztelekomla-azercell-barisdi
Oxunma sayı: 706

Bu barədə mia.az-a daxil olan məlumata görə, tərəflər arasındakı məhkəmə çəkişməsinə səbəb “Azercell Telekom” MMC-nin «Aztelekom»un göstərdiyi ötürücü xidmətlərin haqqını vaxtında ödəməməsi və digər qanunsuz əməlləri olub. Buna görə də dövlət şirkəti məhkəməyə müraciət edib. Lakin 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində start götürən proses “Aztelekom” İB üçün müsbət sonunclanmayıb: «Birlik rəhbərliyi birinci məhkəmə instansiyasının bu qətnaməsindən apellyasiya şikayəti verib və israrla vurulmuş ziyanın «Azərsell»dən tutulmasını tələb edib. Bakı Apellyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə başlayan məhkəmə çəkişməsində isə barışıq əldə edilib».

Xəbərə görə, tərəflər arasında barışıq sazişi imzalandığından hakim işə xitam verib.

Fakt mia.az-a məhkəmədən təsdiqlənib