AzTV-də yeni tamaşa çəkilir

aztv-de-yeni-tamasa-cekilir
Oxunma sayı: 658

“Mürafiə vəkilləri”nin quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğlunun sözlərinə görə, tamaşanın 1-ci, 2-ci, 3-cü pərdələrində müəyyən predmet dəyişiklikləri baş verəcək: “Yarı şərti elementlər meydana çıxacaq. Biz bu üsuldan “Günahsız Abdulla” tamaşasında istifadə etmişik. Bundan başqa, ssenaridə də dəyişikliklər var. “Mürafiə vəkilləri”nin 1-ci və 2-ci pərdələri paralelləşdirilib, proloq və epiloq, şerlər əlavə olunub”.
O, xatırladıb ki, Azərbaycan Televiziyası son 30 ildə ilk dəfədir ki, M. F. Axundovun yaradıcılığına müraciət edir: “Ötən əsrdə “Aldanmış kəvakib”, “Hekayəti-Vəziri-Xanı-Lənkəran”, hətta, deyəsən, “Hacı Qara” teletamaşaları çəkilmişdi. Lakin təəssüf ki, həmin teletamaşaların lentləri qalmayıb. “Mürafiə vəkilləri” Axundovun AzTV-nin klassik əsərlər fonduna daxil olacaq ilk teletamaşasıdır”.

“Mürafiə vəkilləri”ndəki Səkinə xanım obrazını gənc aktrisa Dəniz Tacəddin canlandırır. Digər əsas rollarda Səyyar Rüstəmov (Əzizbəy), Ramiz Əzizbəyli (Ağamərdan), Dilarə Əliyeva (Zeynəb), Mətanət Ağakişiyeva (Zübeydə), Tofiq Hüseynov (hakimi-şər), Azər Mirzəyev (Hacı Rəcəbli), Loğman Kərimov (Ağa Salman), Məhərrəm Bədirzadə (Ağakərim) çəkilirlər. Epizodlarda Ağaxan Salmanov, Elman Rəfiyev, Mətləb Abdullaeyv, Azad Şükürov, Vahid Əliyev, Elxan Məmmədov, Ceyhun Dadaşov və digərləri iştirak edirlər.

Teletamaşanın ssenari müəllifləri Ramiz Həsənoğlu və İlham Rəhimlidir. Tamaşaya musiqini bəstəkar Ramiz Mirişli yazıb, mahnıların mətni Fikrət Qocanındır. Quruluşçu operator Eldar Məmmədov, dekorasiya üzrə quruluşçu rəssam Rəfael Əsədov, geyim və rekvizit üzrə quruluşçu rəssam Rəfael Əlizadə, səs rejissoru Vaqif İmanquliyev və Rəşad Mustafayevdir.

Rejissorlar qrupuna Elnurə Kazımova, Teymur Quliyev, Sərxan Əhmədov, Bəhram Yaqublu, operatorlar qrupuna Qədir Hüseynov və Elşən Rzayev, inzibatçılar qrupuna Mirzə Əliyev və Sənan Orucov daxildir. Geyim üzrə usta Reyhan Əliyeva, qrim üzrə rəssam Elbrus Vahidov, qrim ustaları Zemfira Cəfərova və İradə Həyatovadır.
“Mürafiə vəkilləri”nin çəkilişinin iyunda başa çatması nəzərdə tutulub. Daha sonra tamaşanın montaj işləri davam etdiriləcək.