AzTV-dən başqa heç bir telekanalda oxumur

aztv-den-basqa-hec-bir-telekanalda-oxumur
Oxunma sayı: 729

“Yeni ulduz” müsabiqəsinin ikincisi Aygün İsmayılova özəl televiziya kanallarına çıxmır. Bunu “Qafqazinfo”ya açıqlamasında gənc müğənni bildirib. Səbəbsə gənc müğənninin iş yeri ilə bağlıdır: “Qafqazinfo”ya açıqlama verən gənc müğənni bildirib ki, Hazırda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AZTV) solistidir: “Sadəcə buna görə başqa televiziya kanallarına çıxmıram. Necə deyərlər, öz iş yerimə sadiqəm. Məni yalnız AZTV və Mədəniyyət kanalında görə bilərsiniz. Lakin müğənni kimi yaradıcılığımda yenə də inadkaram. Bunu məni tanıyan dostlarım da təsdiqləyə bilər”.

A. İsmayılova son vaxtlar şeir də yazır. Onun bir neçə şerlərinə son illər hit kompozisiyaların müəllifi, istedadlı bəstəkar Pərviz Mahmudov mahnılar bəstələyib. A. İsmayılovanın sözlərinə görə, onun bu istedadını P.Mahmudov kəşf edib: “Şairlik etmək fikrində deyiləm. Sadəcə ürəkdən gələn sözləri ipə düzüb inci kimi Pərvizin mahnılarına boyunbağı etmişəm. O, bir gün zəng vurub bəstələdiyi mahnı üçün söz yazmağımı xahiş etdi. Sanki gizli yazdığım şerlərdən xəbəri varmış. Şerlərimi ona göstərəndən sonra işbirliyimiz başladı. Pərviz bu işdə mənə stimul verdi. Lakin mən müğənniyəm və müğənni kimi də qalacam”.

Aygün gələn il Azərbaycanı tərk edəcəyini də açıqladı: “Həyatımı planlı şəkildə davam etdirməyi sevirəm. Gələcəkdə başqa ölkədə yaşayacağımı düşünürəm. Magistratura təhsilimlə əlaqədar isə gələn il qonşu ölkələrdən birinə gedəcəm”.

Aynur Babayeva